Haqqımızda

“Zahid və Zakir” MMC Azərbaycanda təsis edilmişdir. “Zahid və Zakir” MMC – nin əsas fəaliyyət sahəsi  Mercedes Benz, BMW, Toyota, Mitsubishi, Nissan markalı avtomobillər üçün müxtəlif ehtiyyat hissələrinin idxalı və  satışının təşkili olmuşdur .

Şirkət fəaliyyətə başladığı 2003-cü ildən etibarən xarici tərəfdaşların axtarışına böyük diqqət yetirmiş və nəticədə dünyada məhşur ehtiyyat hissələri istehsal edən şirkətlərlə əməkdaşlıq münasibətləri qurmuşdur . Nəticədə  “Zahid və Zakir” MMC  hal-hazırda dünyada məhşur “Continental AG”, “ Fuchs Europe Schmierstoffe GmbH” , “Michelin”, “Hella”, “Vierol AG”, “Helmut Seitz GmbH”, “SCT ”, “SPANESI S.p.A.”. şirkətlərinin rəsmi distribütorudur.

2003: “Zahid və Zakir” MMC  ehtiyyat hissələrinin istehsalı üzrə ixtisaslaşmış “Daimler AG- Mercedes Benz” şirkətinin Azərbaycanda rəsmi distribütoru olan “Autostar Kaukasus GmbH”  şirkəti ilə sıx əməkdaşlıq edir.

2005: Şirkət    dünyada məhşur avtomibil şinləri istehsal edən “Michelin”  şirkətinin rəsmi dileridir.

2007: Bu il dünyada məhşur avtomibil şinləri istehsal edən “Continental AG”  şirkəti ilə rəsmi kontrakt…imzalanması ilə əlamətdar olmuşdur.

2010: “Hella” şirkəti ilə əməkdaşlığa başlamışdır.

2011:  2011-ci ildən “Zahid və Zakir” MMC  “ SCT” şirkətinin rəsmi dileridir.

Hazırda satış dükanlarının sayı artırılmışdır və fəaliyyət göstərən 6 dükandan  əlavə sifarişçilərə  yüksək səviyyəli texniki xidmət təqdim edən 3 servis mərkəzi də mövcuddur. Bakı şəhərindəki dükanlar şəbəkəsi ilə bərabər  “Zahid və Zakir” MMC  Azərbaycanın Sumqayıt, Gəncə, Quba, Şirvan və.s. kimi  iri sənaye şəhərlərinə avtomibil şinləri, ehtiyyat hissələri göndərir.

Şirkət sifarişçilərlə sıx və müntəzəm əlaqələr qurulmasına böyük önəm verir. “Zahid və Zakir” MMC  sifarişçilərə ən qısa müddətdə  yüksək keyfiyyətli malların çatdırılması və xidmətlərin göstərilməsi ilə fərqlənir.  İxtisaslaşdırılmış dükanlar şəbəkəsi ilə bərabər şirkətin yaxşı təşkil olunmuş  servis mərkəzlərində sifarişçilərə əməkdaşlarımız tərəfindən yüksək keyfiyyətli xidmətlər göstərilir.

“Zahid və Zakir” MMC  dünyanın aparıcı istehsalçıları ilə uzun müddətli, etibarlı əməkdaşlıq etməsi nəticəsində Azərbaycanda avtomobil ehtiyyat hissələrinin satışı sahəsində lider səviyyəsinə çatmışdır.